Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

Ermənistanda daha 24 nəfərə koronavirus diaqnozu qoyulub.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Beləliklə, Ermənistanda koronavirus daşıyıcılarının sayı 160-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 278 557-ə çatıb. Bunların 92 906 nəfəri sağalıb, 11 554 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

DİGƏR XƏBƏRLƏR

Top