Erkin Qədirli: "Bu axşam verdiyim müsahibə tam bir rəzalət idi"

“İsmayıl Cəlilova bu axşam verdiyim müsahibə tam bir rəzalət idi. Özümü siyasətçi saysaydım deyərdim ki, mən bir siyasətçi kimi məhv oldum”.
Yeniavaz.com xəbər verir ki, bunu REAL Partiyasının  qurucu üzvü, millət vəkili Erkin Qədirli deyib.
O, qeyd edib ki, özünü siyasətçi saymır, ona görə də bu işə başqa gözlə baxır və müsahibə verməyi bacarmır: “Verdiyim müsahibələr arasında yaxşısı yoxdur. Nisbətən biri digərindən yaxşı ola bilər, amma özlüyündə yaxşısı yoxdur. Bu, tutduğum mövqedən, dediyim sözdən asılı deyil. Heç bir mövzuda müsahibə verməyi bacarmıram. Bu illər ərzində jurnalistlərdən qaçmağım elə-belə deyildi. Bu gün Azadlıq Radiosuna da bir müsahibə verdim. O da çox pis alındı, arada qəzəbimi gizlədə bilmədim. İsmayıl Cəlilovun müsahibəsinə isə tükənmiş çıxmışdım. Nə isə, paylaşmaq istəmirəm. Baxmaq istəyən özü tapar. Baxanlardan üzr istəyirəm”.

DİGƏR XƏBƏRLƏR

Top