Son 10 gündə nə qədər dollar satıldığı AÇIQLANDI - RƏSMİ

 
Bu gün – 19 mart tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda valyutaya tələb 243,7 milyon dollar təşkil edib və tam təmin edililib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Yeniavaz.com xəbər verir ki, bu gün hərracda satılan valyuta əvvəlki - 17 mart 2020-ci il tarixində keçirilən hərracda satılan valyutadan  6,6 milyon dollar və ya 2,6% az olub.
Son 10 gündə dollar ən az tələbat 11 mart tarixidə (155 milyon dollar), olub. ən çox tələbat 10 mart tarixində (323,2 milyon dollar)
Onu da bildirək ki, Mərkəzi Bank Dövlət Neft Fondu ilə birgə son 6 hərracda 1 milyard  458,2 milyon dollar valyuta satılıb.
10 mart – 323,2 milyon dollar
11 mart – 155 milyon dollar
12 mart – 220,8 milyon dollar
13 mart – 265,2 milyon dollar
17 mart – 250,3 milyon dollar
19 mart – 243,7 milyon dollar

DİGƏR XƏBƏRLƏR

Top