Almaniyada xəstəxanadan 50 minə yaxın maska oğurlanıb


Almaniyanın Köln şəhərinin klinikasında naməlum şəxslər 50 minə yaxın qoruyucu maskanı oğurlayıblar. 

“Köln şəhərinin mərkəzi klinikasının logistika mərkəzindən təxminin 50 min ədəd qoruyucu maska oğurlanıb”, - deyə Almaniya polisinin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, əməkdaş oğurluğu bazar ertəsi aşkarlayıb və dərhal bu barədə polisə xəbər verib.

Qeyd edək ki, hazırda Almaniyada 6012 koronavirusa yoluxma halı qeydə alınıb. 13 nəfər isə bu xəstəlikdən vəfat edib.//Sputnik

DİGƏR XƏBƏRLƏR

Top