Bakıda əməkdar artistin maşını qarət olundu - VİDEO


Əməkdar artist, tanınmış teatr və kino aktyoru, aparıcı Elnur Kərimovun maşınını yararsız hala salıblar.
Yeniavaz.com xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb.
E.Kərimov bildirib ki, səhər saatlarında oğlunu həkimə aparmaq istəyərkən maşınının sol arxa şüşəsinin sındırıldığını görüb.
Naməlum şəxs və ya şəxslər maşının elektrik sistemini yararsız hala salıb.
E.Kərimov dərhal “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat verib. 
Hazırda maşına ziyan vuran şəxs və ya şəxslərin axtarışı aparılır.

 

DİGƏR XƏBƏRLƏR

Top