Koronavirusa ən dayanıqlı və ən tez yoluxan qan qrupları açıqlanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, çinli alimlər "A" (ikinci qrup) qrupu qan daşıyan insanların koronavirusa ən tez yoluxduğunu bildirib.
"O" (birinci qrup) qrup qan isə koronavirusa ən dayanıqlı qan qrupu olaraq müəyyənləşib.
Verilən məlumata görə araşdırmanın aparılması üçün 18-45 yaş arası müxtəlif qan qruplarına sahib 2 min 713 nəfərdə analizlər aparılıb.
Bunlar içərisində koronavirusdan dünyasını dəyişənlər və həmin xəstəliyə yoluxanlar da var.