Türkiyə məhkəməsi Mübariz Mənsimovla bağlı QƏRAR VERDİ


Məhkəmə “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov barəsində həbs qərarı verib.

Bu barədə “Hürriyet” məlumat yayıb.

Bildirilib ki, ötən gün İstanbulda məhkəmə qarşısında çıxarılan M. Mənsimov barəsində həbs qətimkan tədbiri seçilib.

Onunla birgə saxlanılan iş icraçısı Nuray Nurcihan Perker isə sərbəst buraxılıb.
M. Mənsimov martın 15-də polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, Mübariz Mənsimov dünyanın ən böyük dənizçilik şirkətlərindən biri olan “Palmali Şirkətlər Qrupu”nun qurucusudur. 2007-ci ildə Türkiyə vətəndaşlığını qəbul edən Mübariz Mənsimov Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın oğu Bilal Ərdoğanın ortağı olduğu “BMZ Denizcilik”dən 3 tanker kirayə götürməsi ilə tanınmağa başlamışdı. Həmçinin, Ərdoğanın qardaşının və qohumunun 2014-cü ildə aldığı “Tuzla Tankercilik” şirkəti də  “Palmali Şirkətlər Qrupu” ilə birgə fəaliyyət göstərirdi.  Keçmiş nazir Mehmet Ağarın oğlu Tolqa Ağar da Mübariz Mənsimovla birlikdə işləyirdi. Tolqa Ağar Türkiyədə millət vəkili seçildikdən sonra Mübariz Mənsimovla iş əlaqələrini kəsdiyi bildirmişdi. Xatırladaq ki, Mübariz Mənsimov 2013-2014-cü illərdə Türkiyənin ən varlı 10 biznesmenindın biri olaraq göstərilirdi. 2015-ci ildə “Forbes” juranlı onu ən zəngin 500 iş adamı siyahısında təqdim etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top