Türkiyəd “Palmali” şirkətlər qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovla birlikdə şirkətin meneceri Nuray Nurcihan Peker də saxlanılıb.
Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.
Bildirilir ki, İstanbul Respublika Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıq İstintaq İdarəsinin şübhəlilər barədə şikayətləri əsasında Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsi tərəfindən araşdırmalar aparılıb. Nəticədə, Türkiyə Cinayət Məcəlləsinin “silahlı terror təşkilatına üzvlük” ittihamı ilə istintaq başlanıb.
Mübariz Mənsimovun Fetullah Gülenlə bağlı aparılan istintaq çərçivəsində saxlanıldığı bildirilir.
Beləliklə, İstanbul Sülh Cəza Məhkəməsinin qərarı ilə “Palmali” şirkətlər qrupunun rəhbəri və meneceri barədə həbs qərarı verilib.

Tətbiqimizi yükləyə bilərsiniz