
Ötən il dünyada 204 milyon 760 min ton bitki yağından istifadə olunub.
Yeniavaz.com məşhur “statista” portalına istinadən bildirir ki, əvvəlki illə müqayisədə istifadə olunan bitki yağının miqdarı 13,7% və ya 24,74 milyon ton artıb. Ümumiyyətlə son illər ərzində bitki yağından istifadə kəskin artıb.
Dünyada ən çox istifadə olunun bitki yağı palma yağı hesab olunur. Ötən il dünyada istifadə olunan bitki yağlarının 1/3-i və ya 74,62 milyon tonu palma yağının payına düşüb. Ən çox istifadə olunan bitki yağları arasına ikinci sırada soya yağı dayanır. 2019-cu ildə bütün dünyada 56,84 milyon ton soya yağının istifadə edildiyi bildirilir. Soya yağından sonra ən çox raps (kanola) yağından istifadə edilib ki, bu yağın da illik istehlakı 27,7 milyon ton olub. Günəbaxan yağı isə 19,06 milyon tonla 4-cü sırada yer alıb.
Dünyada ən çox istifadə olunun bitki yağları | ||||||
2014-cü il (milyon ton) |
2015-ci il (milyon ton) |
2016-cı il (milyon ton) |
2017-ci il (milyon ton) |
2018-ci il (milyon ton) |
2019-cu il (milyon ton) |
|
Palma yağı | 57,9 | 59,31 | 61,51 | 65,15 | 72,69 | 74,62 |
Soya yağı | 47,73 | 52,13 | 53,42 | 54,59 | 55,33 | 56,84 |
Raps (kanola) yağı | 27,04 | 28,18 | 28,9 | 28,65 | 28,1 | 27,7 |
Günəbaxan yağı | 14,11 | 15,22 | 16,58 | 17,63 | 18,07 | 19,06 |
Xurma yağı | 7,21 | 6,81 | 7,2 | 7,7 | 8,29 | 8,56 |
Fıstıq yağı | 5,37 | 5,4 | 5,63 | 5,95 | 5,94 | 6,02 |
Pambıq yağı | 5,06 | 4,4 | 4,39 | 5,12 | 5,06 | 5,17 |
Kokos yağı | 3,29 | 3,24 | 3,15 | 3,38 | 3,47 | 3,56 |
Zeytun yağı | 2,65 | 2,81 | 2,59 | 2,87 | 3,07 | 3,23 |