"Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq"


“Azərbaycan Yazıçılar Birliyi (AYB) koronavirus pandemiyasından qorunmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirəcək”. 

Bunu “Report”a açıqlamasında AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev deyib. 

O bildirib ki, martın 16-dan etibarən birliyin fəaliyyəti məhdudlaşdırılacaq.

“Bəzi əməkdaşların, xüsusilə də yaşlı üzvlərin işə gəlməyinə məhdudiyyət qoyulacaq”, - A.Rzayev vurğulayıb. 

Qeyd edək ki, Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah martın 14-dən etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin tətbiq olunması barədə qərar qəbul edib. 

DİGƏR XƏBƏRLƏR

Top