Bakıdakı karate üzrə Avropa çempionatı ləğv olundu


Bakıda keçirilməsi planlaşdırılan karate üzrə Avropa çempionatı ləğv olunub. 

Yeniavaz.com xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bu barədə məlumat verib. O, bildirib ki, qərar koronavirus infeksiyası ilə əlaqədar qəbul olunub.

İ.Məmmədov 5-7 iyunda nəzərdə tutulan "Formula 1" üzrə Azərbaycan Qran-prisi barədə hələ qərar qəbul olunmayıb.

Qeyd edək ki, karate üzrə Avropa çempionatı 25 - 29 martda keçirilməli idi.

DİGƏR XƏBƏRLƏR

Top