Bu gecədən Azərbaycanda alış-veriş mərkəzlərinin fəaliyyəti xüsusi qaydada tənzimlənəcək


Bu gecə saat 00:00-dan etibarən bir ay müddətində Azərbaycanda alış-veriş mərkəzlərinin fəaliyyəti xüsusi qaydada tənzimlənəcək. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ  Qərargahdan məlumat verilib. 

Bildirilib ki, ölkə üzrə fəaliyyət göstərən alış-veriş mərkəzlərinin fəaliyyətinin müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara riayət olunaraq həyata keçirilməsi mütləqdir.

Aptek, ərzaq mağazaları, market və supermarketlərin iş rejimində isə dəyişiklik olmayacaq.

DİGƏR XƏBƏRLƏR

Top