Gömrük ABŞ-dan rentgen cihazları alıb


ABŞ səfirliyinin Müdafiə üzrə Əməkdaşlıq Ofisi Dövlət Gömrük Komitəsi ilə birgə keçirilən layihə çərçivəsində yük maşınlarının yoxlanılması üçün rentgen cihazlarının Azərbaycana çatdırılmasını təşkil edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, bu cihazlar Biləsuvar və Astara postlarında və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Komitəyə qeyri-qanuni malların müəyyənləşdirilməsində yardım edəcək. Ümumi layihənin dəyəri 36 milyon ABŞ dolları təşkil edir. Bu məbləğə cihazların alışı, quraşdırılması, çatdırılması və işçilərin bu cihazlardan istifadəsi üçün təlimlər daxildir.

Qeyd edək ki, layihə ABŞ Müdafiə Departamentinin “Building Partnership Capacity Program” proqramı çərçivəsində həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top