YAP-ın “çox mühüm” iclası başa çatdı, partiyanın tapşırıqları deputatlara çatdırıldı - YENİLƏNİB

YAP Siyasi Şurasının "çox mühüm" iclası az əvvəl başa çatıb.
Bildirilir ki, iclasda partiya rəhbərliyi və Siyasi Şuranın üzvləri ilə yanaşı, Milli Məclisin YAP üzvü olan deputatları da iştirak edib. İclasda partiyanın tapşırıq və tövsiyələri deputatların diqqətinə çatdırılıb.

***14:23
“Bu gün saat 15:00-da Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi iclası keçiriləcək”.

Bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

O təklif edib ki, bununla əlaqədar Milli Məclisin iclası fasiləsiz keçirilsin.

Spiker daha sonra deputatları reqlamentə uyğun hərəkət etməyə çağırıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top