Qazaxıstanda da koronavirusa yoluxma halı qeydə alındı


Qazaxıstanda həkimlər Almaniyadan gəlmiş iki vətəndaşda koronavirus aşkarlayıblar.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Yelcan Birtanov məlumat verib: “Bu gün aparılan müayinələrdən sonra biri kişi, biri qadın olmaqla iki vətəndaşımızda koronavirus aşkarladıq. Hər iki şəxs Almaniyadan gəlib”.
Onun sözlərinə görə, respublikanın baş dövlət sanitariya müfəttişi xəstəliyə yoluxanların Almatıdakı yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirildiyini bildirib.
 

DİGƏR XƏBƏRLƏR

Top