Niyə Azərbaycanda koronavirus testinin cavabı daha gec çıxır?


Martın 5-i Milandan Bakıya gələn tələbə Nurlan İlyas burada koronavirusla bağlı test müddətinin Avropa ölkələrinə nisbətən çox vaxt almasından gileylənib. 

Yeniavaz.com "qafqazinfo”ya istinadla xəbər verir ki, tələbə analiz cavablarının 6 gün sonra məlum olduğunu bildirib: “Heç bir simptom müşahidə etmədiyim halda, ölkə xaricindən gəldiyim üçün ilk iş olaraq profilaktika məqsədilə İcbari Tibbi Sığorta Agentliyinə zəng vuraraq analiz vermək istədiyimi bildirdim. Mənə deyildi ki, analizimin cavabı 3 günə bilinəcək. Əgər neqativ çıxsa, yenə analiz verəcəm və daha 3 gün sonra o da neqativ çıxsa, evə buraxılacam. Ağlım İtaliyadakı qan testinə gedib, uzağı 4-5 saata cavabları deyirlər”. TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva məsələ ilə bağlı bildirib ki, hazırda ölkədə istifadə olunan testlər daha güvənlidir: “Ekspres testlər haqqında çox məlumatlar var. Bizim hazırda apardığımız testlər 30 dəqiqə ərzində nəticələri bəlli etmir, ancaq güvənilən testlərdir. Hələ ki, ÜST-dən elə bir müraciət yoxdur ki, ekspres testlərdən istifadə edək. Hazırkı testlərdə nəticələrin müəyyənləşməsi 5-6 saat çəkir. İnkubasiya dövründə birinci müayinə mənfi ola bilər.  Karantin rejimindən qorxmaq lazım deyil. Azərbaycan bütün vətəndaşlarını qəbul edir və bu zaman profilaktik tədbirləri görmək lazımdır”.

DİGƏR XƏBƏRLƏR

Top