
Moskvada yaşayan azərbaycanlı rəssam Aydan Salahova koronavirus (COVİD-19) şübhəsi ilə karantinə alınıb.
Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, öz “Facebook” səhifəsində paylaşım edib.
“Əslində simptomları olmayan hər kəsi karantinə götürürlər. Əgər təyyarədə xəstə olmasaydı, ev şəraitində karantində olacaqdım, amma indiki halda bütün müddəti burda keçirəcəm. Bu zaman kəsiyində üç analiz verəcəm”.