“Başakşəhər” Avropa Liqasında “Kopenhagen”ə penalti ilə qalib gəlib


Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.

İlk oyunlar çərçivəsində üç qarşılaşma baş tutub.

Mübarizəni davam etdirən yeganə Türkiyə klubu “Başakşəhər” “Kopenhagen”lə qarşılaşıb. Doğma azarkeşlər önündə qələbə qazanmağa çalışan İstanbul klubu rəqibin müqavimətini görüşün sonlarında qırıb. Edin Vişça penalti zərbəsi ilə meydan sahiblərinə qələbə qazandırıb.

“Mançester Yunayted” Avstriyada LASK-la görüşüb. Cütün favoriti olan İngiltərə klubu səfərdə böyükhesablı qələbə qazanıb. Ole-Qunnar Sulşerin yetirmələri bununla da 1/4 finala vəsiqəni böyük ölçüdə təmin edib.

Almaniya təmsilçisi “Ayntraxt” evdə “Bazel”i qəbul edib. Bu görüşdə də qonaqlar sevinən tərəf olub. İsveçrə təmsilçisi üç cavabsız qolla böyükhesablı qələbə əldə edib.

Qeyd edək ki, bu gün saat 00:00-da 1/8 final mərhələsi çərçivəsində daha üç oyun keçiriləcək. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) və "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) qarşılaşmaları koronavirus epidemiyası üzündən təxirə salınıb.

Avropa Liqası
1/8 final, ilk oyunlar
12 mart

21:55. “Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka) – 1:0
Qol: Vişça, 88 (pen.)
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
İstanbul. Başakşəhər Fatih Terim stadionu

21:55. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) - 0:5
Qollar: İqalo, 28, Ceyms, 58, Mata, 82, Qrinvud, 90+2, Pereyra, 90+3
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Ştadt Lints stadium

21:55. “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) – 0:3
Qollar: Kampo, 27, Bua, 73, Frey, 85
Baş hakim: Andreas Ekberq (İsveç)
Frankfurt stadium

//APA

DİGƏR XƏBƏRLƏR

Top