Dumanlı hava nə vaxtadək davam edəcək?


“Bu gün axşam saatlarından başlayaraq respublika ərazisində dərin inversiya qatı və nisbi rütubətin artması ilə bağlı olaraq yenidən Bakı və Abşeron yarımadasında duman müşahidə olunur”.
Bunu Yeniavaz.com-a açıqlamasında Milli Hidrometeorologiya Departamentinin hidroloqu Asif Verdiyev bildirib.
O qeyd edib ki, havanın durğun keçməsi ilə eyni zamanda tozun miqdarı da bəzi ərazilərdə normandan bir qədər artıqdır.
“Dumanlı hava şəraitinin mart ayının 15-i günorta saatlarına kimi davam edəcəyi gözlənilir”,-deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top