![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2019/7/28/1/58c409da-e058-44d3-87ff-9c3ecceef0e8/yas-cadir-ici.jpg)
“Təzə Pir” məscidinin mərasim zalında yas mərasimlərinin keçiriliməsinə məhdudiyyət qoyulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə lent.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.
Məhdudiyyətin nə zaman aradan qaldırılacağı məlum deyil.
“Heydər” məscidindən isə bildirilib ki, məscidin mərasim zalında yas mərasimlərini ancaq əvvəlcədən yazılanlar keçirə bilir: “Koronavirus təhlükəsi ilə əlaqədar olaraq bundan sonra məscidin mərasim zalında yas mərasimləri keçirmək istəyənlər qeydiyyata alınmır”.