İTV: Şirkətin əməkdaşı altıncı mərtəbədən yerə yıxılıb - YENİLƏNİB

Bu gün təxminən saat 12:40 radələrində İctimai Televiziya və Radio Yayımları Şirkətinin eşitmə və danışma qüsurlu əməkdaşı Rasim Babayev qurumun inzibati binasının altıncı mərtəbəsindən yerə yıxılıb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Şirkətdən bildirilib.

Şirkət əməkdaşları tərəfindən dərhal Təcili Tibbi yardım çağrılıb və R.Babayev xəstəxanaya aparılıb. Hazırda o həkimlərin nəzarətindədir. 

Qeyd edək ki, hadisə əməkdaşın birbaşa əmək funksiyalarını yerinə yetirən zaman yaşanmayıb.  

Bununla bağlı aidiyyatı orqanlara məlumat verilib.

***14:11
Bakıda İctimai Televiziyanın binasında xoşagəlməz hadisə baş verib.

Yeniavaz.com lent.az-a istinadən xəbər verir ki, televiziyanın əməkdaşı binanın 6-cı mərtəbəsindən yıxılıb. Rasim adlı əməkdaş 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisənin intihar olduğu, yaxud ehtiyatsızlıqdan baş verdiyi hələ ki, məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top