Avroliqanın bu oyunları təxirə salındı

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində sabah keçirilməli olan iki müsabiqə təxirə salındı.

Yeniavaz.com xəbər verir ki, bunlar İspaniyadakı “Sevilya” – “Roma” və İtaliyadakı “İnter” – “Xetafe” oyunlarıdır. Buna səbəb İtaliyadakı koronavirusa görə, İspaniya hökumətinin bu ölkəyə gediş-gəlişi məhdudlaşdırmasıdır.

Həmin oyunların hansı tarixdə baş tutacağı isə hələ ki, bəlli deyil.

DİGƏR XƏBƏRLƏR

Top