Merkeldən koronavirusla bağlı ŞOK AÇIQLAMA – "Ölkənin 60-70 faizi..."


"Almaniyada yaşayan əhalinin 60-70%-i koronavirusa yoluxacaq".
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Angela Merkel açıqlama verib. Bildirilir ki, A.Merkelin bu açıqlamasından sonra ölkənin səhiyyə naziri Yens Şpahn da kanslerin sözlərini təstiqləyib. Onun sözlərinə görə, hətta, bəzi insanlar virus daşıyıcısı olduğunu bilməyəcəklər:
“Koronavirusa yoluxan 80% insan bu xəstəliyə rahatlıqla qalib gələ bilər. Lakin, 65 və yuxarı yaş kateqoriyalarında vəziyyət olduqca çətindir. Virusa görə əlavə 23 min yataq ayırmışıq”.
Xatırladaq ki, daha öncə almaniyalı alimlər də ölkənin böyük qisminin virusa yoluxacağını açıqlamışdı.
Qeyd edək ki, Çinin Uhan şəhərindən yayılmağa başlayan yeni növ koronavirus bugünə qədər 4 mindən çox insan ölümünə səbəb olub. 115 mindən çox adam isə karantinə alınıb. Almaniyada 2 nəfər bu xəstəlikdən dünyasını dəyişib. 1000-dən çox adam karantinə alınıb.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top