
Bakı şəhər Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən "Kardeşler" restoranında kütləvi dava baş verib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. İstifadəçilər, restoranın sahibinin icarəyə götürəni oradan çıxarmaq istədiyini, buna görə də bir qrup əlili bu məqsədlə oraya gətirdiyini iddia ediblər. Kadrlarda bir qrup şəxsin restoranı daşa tutduğu, bir polis əməkdaşının isə hadisəyə müdaxilə etdiyi müşahidə edilir.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etdik. Qurumdan Yeniavaz.com-a bildirdilər ki, fakt araşdırılır və bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
Sözügedən kadrları təqdim edirik: