Dünyada ən çox silah satan və alan ölkələrin SİYAHISI AÇIQLANDI


Son 5 ildə - 2015-2019-cu illərdə dünya üzrə silah ixracı əvvəlki 5 illə - 2010-2014-cü illərlə müqayisədə 5,5% artıb. 
Yeniavaz.com
 Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun açıqladığı məlumatlara istinadən bildirir ki, dünya üzrə qeydə alınan ümumi silah ixracının 76,2%-i 5 dövlətin – ABŞ (36%), Rusiya (21%), Fransa (7,9%), Almaniya (5,8%) və Çinin (5,5%) payına düşüb.
Bu dövürdə ABŞ dünya silah ixracındakı payı 23% artıb. Məlumatda qeyd edilir ki, ABŞ-ın silah ixracının yarıdan çoxu - 51%-i  Yaxın Şərq ölkələrinə edilib. Ümumilikdə isə ABŞ-ın 98 ölkəyə silah satdığı qeyd olunub. Dünya üzrə ümumi silah ixracının 36%-i ABŞ-ın payına düşüb. Əvvəlki 5 ildə - 2010-2014-cü illərdə bu göstərici 31% olub.
Rusiyanın silah ixracı isə hesabat dövründə 18% azlıb. Azalmanın əsas səbəbi Rusiya silahının əsas alıcısı olan Hindistanın daha az silah almasıdır.
Əvvəlki 5 illə müqayisədə 2015-19-cu illər ərzində Fransanın silah ixracı 72%, Almaniyanın isə 17% artıb. Ümumilikdə isə Avropa İttifaqına üzv ölkələrin ümumi silah ixracındakı payı 26% təşkil edilib.
Əvvəlki 5 illə müqayisədə son 5 ildə dünyada silah satışını ən çox artıran ölkələrin arasında Portuqaliya, Çexiya, Hindistan və İtaliya yer alıb. Portuqaliya silah satışını 12 dəfə, Çexiya 4,5 dəfə, Hindistan 4,3 dəfə, Cənubi Koreya isə 1,4 dəfə artırıb.
Bu dövrüdə Türkiyə silah ixracını 86% artıra bilib və dünya üzrə ümumi silah ixracının 0,8%-i qardaş ölkənin payına düşüb. Türkiyə ən çox silah ixrac edən ölkələrin sıralamasında 14-cü sırada yer alıb. 
Dünya üzrə qeydə alınan silah ixracında ən çox (90,2%) paya sahib olan 10 ölkə bunlardı:
Ölkələr İxracda payı
2015-2019-cu illər
İxracda payı
2010-2014-cu illər
Fərq
ABŞ 36 % 31% + 23 %
Rusiya 21 % 27 % - 18 %
Fransa 7,9 % 4,8 % + 72 %
Almaniya 5,8 % 5,3 % + 17 %
Çin 5,5 % 5,5 % + 6,3 %
Böyük Britaniya 3,7 % 4,6 % 15 %
İspaniya 3,1 % 2,9 % + 13 %
İsrail 3 % 1,8 % + 77 %
İtaliya 2,1 % 2,7 % + 17 %
Cənubi Koreya 2,1 % 0,9 % + 1,4 dəfə

Dünya üzrə qeydə alınan silah idxalında ən çox paya sahib olan 10 ölkə isə bunlardı:
 
Ölkələr İdxalda payı
2015-2019-cu illər
İdxalda payı
2010-2014-cu illər
Fərq
Səudiyyə Ərəbistanı 12 % 5,6 % + 1,3 dəfə
Hindistan 9,2 % 14 % - 32 %
Misir 5,8 % 1,9 % + 2,2 dəfə
Avstraliya 4,9 % 3,7 % + 40 %
Çin 4,5 % 4,4 % + 3,3 %
Əlcəzair 4,2 % 2,6 % + 71 %
Cənubi Koreya 3,4 % 3,5 % + 3,3 %
BƏƏ 3,4 % 4,4 % - 18 %
İraq 3,4 % 1,8 % + 98 %
Qətər 3,4 % 0,5 % + 6,3 dəfə
 
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top