
Ağ Ev sözçüsü ABŞ prezidenti Donald Trampın səhhəti barədə yazılı açıqlama verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Ağ Ev sözçüsü Stepani Qrişam Donald Trampın koronavirusa yoluxub-yoluxmadığı barədə yazılı açıqlama verib. O bildirib ki, ABŞ prezidenti heç bir virus daşıyıcısı ilə yaxın təmasda olmayıb: "Trampda heç bir xəstəlik əlaməti yoxdur. Həkim onun səhhətini yaxından təqib edir. Özünü çox yaxşı hiss edir". Qeyd edək ki, bir neçə gün əvvəl Donald Trampın iştirak etdiyi iclasda koronavirus daşıyıcısının olduğu bildirilmişdi. Bu səbəblə ABŞ prezidentinin koronavirusa yoluxduğu barədə şaiyələr yayılmışdı.
Ruslan Yusibov