Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin Sədri və Milli Məclis Sədrinin müavinləri postlarına namizədləri məlum olub.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, namizədlər bu gün YAP İdarə Heyətinin iclasında müəyyənləşib.
YAP-ın Milli Məclis Sədri postuna namizədi Sahibə Qafarova, Milli Məclis sədrinin birinci müavini postuna namizədi Əli Hüseynli , Milli Məclis Sədrinin müavini postuna namizədi isə Hicran Hüseynova olub.
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilir.
Yeniavaz.com “report”a istinadla xəbər verir ki, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri, sədrin I müavini və sədrin müavini vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunur.
Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. Nəticələrə əsasən, 125 seçki dairəsinin 121-dən Milli Məclisə deputat seçilib.
Milli Məclisə seçkilərdə 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb.