Təndiri yandırmaq istədi, partlayış oldu - Yaralanan var


Gəncədə qaz sızması partlayışa səbəb olub.

Yeniavaz.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.

1975-ci il təvəllüdlü qəsəbə sakini Kəmalə Fətəliyeva təndirdə qazı yandırmaq istəyərkən partlayış olub. O, yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirilib.

Vəziyyəti kafi qiymətləndirilir. 

DİGƏR XƏBƏRLƏR

Top