Tolik Xəzər TV-dən getməyib - Həftəlik veriliş aparacaq


Tanınmış aparıcı-prodüser Tolikin müəllifi olduğu "Hər şey daxil" verilişi bağlansa da, o, Xəzər TV-dən uzaqlaşdırılmayıb. Tolik sözügedən şirkətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə telekanalın yeni rəhbəri Murad Dadaşov teleaparıcı ilə yollarını ayırmayıb. Tolik adıçəkilən telekanalda həftəlik veriliş aparacaq.

Xatırladaq ki, Tolik dünən jurnalistlərlə söhbət zamanı Xəzər TV-dəki fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top