![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/2/20/1/ee96fa4e-5544-4be5-ab0a-46974785e476/iran-koronavirus.jpg)
İraq hökuməti koronavirusun yayılması səbəbindən İranla sərhəddə beş keçid məntəqəsini bağlayıb. Bu barədə “Al-Sumaria” telekanalı Sərhəd-Keçid Məntəqələri İdarəsinin rəhbəri Kazım əl-Əkəbiyə istinadən xəbər verib.
Əl-Əkəbiyə qeyd edib ki, sərhəd məntəqələri bazar günündən etibarən bir həftə müddətinə bağlanıb.
Qeyd edək ki, İranda 7 mart tarixinədək 5823 nəfər koronavirusa yoluxub. Onlardan 1669-u sağalıb, 145-i isə ölüb. (qafqazinfo)