“28 Mall” bağlanıb? - RƏSMİ AÇIQLAMA


"28 Mall” Ticarət Mərkəzinin bu gün səhər saatlarından bağlanması ilə bağlı mətbuatda xəbərlər yayılıb.
Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı "Paşa İnşaat Ticarət Mərkəzləri Qrup"unun marketinq departamentinin rəhbəri Nuranə İsgəndərova yayılan məlumatı təkzib edib.
O, baku.ws-ə bildirilib ki, Ticarət Mərkəzi fəaliyyətini davam etdirir və belə hadisə baş verməyib. Yayılan məlumat həqiqəti əks etdirmir.
Qeyd edək ki, "28 Mall” Ticarət Mərkəzinin bağlanması xəbərini demokrat.az saytı yayıb.

DİGƏR XƏBƏRLƏR

Top