Nazirlər Kabinetinə daxil olan şəxslər koronavirusa görə yoxlanılır


“Koronavirus təhlükəsi ilə əlaqədar Nazirlər Kabinetinə daxil olan şəxslərin hərarəti yoxlanılır”.
Yeniavaz.com xəbər verir ki, bunu APA -ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, Nazirlər Kabinetinin binasına daxil olan şəxslərin hərarəti xüsusi qurğu ilə yoxlanılır.
Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar Milli Məclisə daxil olan şəxslərin hərarətinin yoxlanılması məqsədilə termovizor qurğusu quraşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top