Erkin Qədirli bu gün Milli Məclisə gedib - FOTO


VI çağırış Milli Məclisin deputatı Erkin Qədirli bu gün döş nişanını almaq üçün Milli Məclisə gedib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə deputat özü yazıb.  

O qeyd edib ki, bu gün Milli Məclisin Katibliyində olub: “Girişdə koronavirus yoxlanışından keçdim. Deputat nişanımı və rəsmi blanklarımı aldım. Vəsiqəni ikinci iclasda verəcəklərini söylədilər. Birinci iclas gələn həftə olacaq (günü hələ məlum deyil). Bundan əlavə, iki komitəyə üzv yazıldım: 

1) Hüquq siyasəti və dövlət quruculuğu (əsas komitəm); 

2) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə”.

DİGƏR XƏBƏRLƏR

Top