Bakıda sağlam ağacları qurutmaq üçün görün hansı üsuldan istifadə ediblər - VİDEO


Bakıda və əksər rayonlarımızda çoxlu sayda ağacəkmə aksiyaları keçirilir. Təbii ki, əsas məqsəd təbiətə xeyir verməkdir. Ancaq bəzi şəxs və ya şəxslər var ki, onlar ağac əkmək əvəzinə təbiətə ziyan vurmaqla məşğuldurlar. Belə bir hadisə Bakının Binəqədi rayonunda baş verib. Bir neçə sağlam ağacı dibindən baltalıyaraq zərər veriblər. Hadisə Paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində, Abay Kunanbayev küçəsində baş verib. Hələ ki şəxsiyyəti bilnməyən şəxs və ya şəxslər 6 ədəd sağlam ağacı kökündən baltalayıblar. Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyir ki, hadisə ilə bağlı birliyin qaynar xəttinə şikayyət daxil olduqdan sonra əməkdaşlar ağaclara baxış keçiriblər.

Bundan sonra birliyin əməkdaşları ağacların qurumaması üçün onlara aqrotexiniki qulluq göstəriblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi departamentinin sektor müdiri Sadiq Dəlafərin isə bildirdi ki, təqsirkarların müəyyən olunması üçün hüquq mühafizə orqanlarına müraciət olunacaq.

(XəzərTV)

DİGƏR XƏBƏRLƏR

Top