“Brent” son 3 ildə ilk dəfə bu qədər ucuzlaşdı


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri Bakı vaxtı ilə saat 19:10-da 1 barelə görə 46,12 dollar təşkil edib. Yeniavaz.com məlumatına görə, sonuncu dəfə "Brent" markalı neftinin qiymətinin 47 dollardan aşağı olması 2017-ci ilin iyul 11-də qeydə alınmışdı. Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 42,52 dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top