Bərdədə anti-sanitar şəraitdə fəaliyyət göstərən pendir sexləri aşkarlanıb - FOTO


Bərdə rayonunda qanunsuz fəaliyyət göstərən pendir sexlərinin fəaliyyəti məhdudlaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bərdə rayonu, Bahadur Hacıyev küçəsində fəaliyyət göstərən fiziki şəxs Şükürov Bəxtiyar Etibar oğluna və Kələntərli kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Elçin Şahbaz oğluna məxsus pendir sexlərində reyd keçirib. Reyd zamanı hər iki müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik norma və qaydalara, xammalın saxlanma rejiminə düzgün əməl olunmadığı, istehsal prosesinin düzgün aparılması üçün zəruri olan texnoloji ardıcıllığa riayət edilmədiyi aşkarlanıb. Məlum olub ki, məhsullar baytarlıq şəhadətnaməsinə malik olmadan satışa təqdim edilir. Müayinələrin aparılması üçün nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilib. Qanunvericiliyin tələbləri çərçivəsində hər iki sexin fəaliyyəti məhdudlaşdırılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Esmira Hidayətova, Bərdə

DİGƏR XƏBƏRLƏR

Top