![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/9/17/1/834497d1-6a55-495f-9281-4da0e574538d/kreslomemurr.jpg)
Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 2 müavini işdən çıxarılıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bununla bağlı Hacıqabul rayon İcra Hakimiyyəti başçısı Rüstəm Xəlilov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Səmədov Əslan Əflan oğlu və müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Yunuslu Zeynab Nüsrət qızı, həmçinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İbad Paşayev tutduqları vəzifədən azad ediliblər.