Milli Məclisin yaz sessiyası qanunvericiliyə uyğun olaraq, mayın 31-i başa çatacaq.
Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev jurnalistlərə açıqlamasında deyib.
S.Mirzəyev qeyd edib ki, əgər lazım olarsa, növbədənkənar iclaslar keçiriləcək: “Bu təcrübə Milli Məclisdə var”.
S. Mirzəyev bildirib ki, qanuna görə, 7 gün müddətində Milli Məclisin ilk iclası olmalıdır.
Onun sözlərinə görə, yaz sessiyasının iclaslarında V çağırışdan qalan bir çox sənədlər var: “İclaslarda o sənədləri ilk növbədə, müzakirəyə çıxaracağıq. Həm də gözləyirik ki, yeni qanunlar gələcək və onlar müzakirə ediləcək”.