Azərbaycanda bu ailələr üçün 103 milyon manat vəsait ayrıldı


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində hər biri 54 mənzildən ibarət olan 9 mərtəbəli 34 binanın tikintisi üçün elan etdiyi tenderin qalibləri məlum olub.
Yeniavaz.com xəbər verir ki, 34 ədəd 9 mərtəbəli yaşayış binalarnın tikintisi 21 şirkət tərəfindən həyata keçiriləcək. Yalnız bir binanın (42 nömrəli) hansı şirkət tərfindən tikiləcəyi barədə məlumat hələlik açıqlanmayıb.
Məlumat üçün bildirək ki, 1836 mənzildən ibarət olacaq 34 ədəd 9 mərtəbəli binanın tikintisi üçün adları aşağıda qeyd olunan şirkətlərə ümumilikdə 102 milyon 628 min 712 manat 58 qəpik vəsait ayrılacaq. Rəqəmlərdən də göründyü kimi 1 ədəd mənzilin tikintisi üçün orta hesabla 56 min manat vəsait xərclənəcək.
- "RABİTƏİNŞAAT" ASC -  25 və 26 nömrəli binalar
- "CAVİD-2016" MMC -  27 nömrəli bina
- "GM CONSTRUCTİON" MMC - 28, 29 və 30 nömrəli binalar
- "M.NAZİMOĞLU" MMC -  31 nömrəli bina
- "PROGRESS" SƏNAYE-İSTEHSALAT ŞİRKƏTİ - 32 və 33 nömrəli binalar
- "TECHNOKRAT LİMİTED" MMC  - 34 nömrəli bina
- "TUNEL-METRO İNŞAAT " MMC -  35 və 36 nömrəli binalar
- "AZ.İNŞAAT-M.V." MMC   - 37 nömrəli bina
- "ALIBƏYLİ ŞİRKƏTİ" MMC -  38 və 39 nömrəli binalar
- “KÜR-ARAZ ŞİRKƏTİ” MMC  - 40 və 41 nömrəli binalar
- "MÜASİR TİKİNTİLƏR” MMC  - 43 və 44 nömrəli binalar
- "AĞA-EE İNŞAAT" MMC  -  45 nömrəli bina
- "6-CI MƏRTƏBƏ" MÜSTƏQİL ŞİRKƏTİ  - 46 nömrəli bina
- "MƏK-AN" MMC -  47 və 48 nömrəli binalar
- "NOVİTEK" MMC  -  49 nömrəli bina
- "KLF QROUP" MMC  - 50 nömrəli bina
- "AKKORD GENERAL CONSTRUCTION" MMC  -  51 və 52 nömrəli binalar
- "ANG" MMC - 53 nömrəli bina
- "HOVERS GROUP" MMC   - 54 nömrəli bina
- "DİADEM" MMC - 55, 56 və 57 nömrəli binalar
- "SVENKR" MTK  -  58 və 59 nömrəli binalar

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top