Anar Bağırov Şəhla Hümbətovanın mükafat almasına belə münasibət bildirdi


Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin sədri Anar Bağırov keçmiş vəkil Şəhla Hümbətovanın ABŞ-da yüksək mükafat almasına reaksiya verib.

Yeniavaz.com xəbər verir ki, A.Bağırov özünün Facebook hesabında paylaşım edərək “Məhkəməyə bilə-bilə saxta sübutlar təqdim edənlər ABŞ səfirliyinə müraciət etsinlər, mükafat vermək üçün siyahıya alırlar” deyə qeyd edib. A.Bağırov bunun ardınca isə Cinayət Məcəlləsinin 294-cü (Sübutları saxtalaşdırma) maddəsini paylaşıb.

Qeyd edək ki, dünən Ş.Hümbətova insan haqlarını sahəsindəki fəaliyyətinə görə ABŞ Dövlət Departamenti tərəfindən “Cəsarətli qadınlar” mükafatına layiq görülüb. Ona mükafatı ABŞ-ın dövlət katibi Mayk Pompeo təqdim edib və prezident Donald Trampın həyat yoldaşı Melaniya Tramp təqdimatda çıxış edib. 

Şəhla Hümbətova ötən ilin noyabr ayında Rəyasət Heyətinin qərarı ilə Vəkillər Kollegiyası üzvlüyündən çıxarılıb. Bundan sonra VK Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək Ş.Hümbətovanın məhkəməyə saxta qəbz təqdim etdiyini bildirib və bununla bağlı araşdırma aparılmasını istəyib.

DİGƏR XƏBƏRLƏR

Top