Ukraynada hökumət istefaya göndərildi


Ukrayna Ali Radası Baş Nazir Aleksey Qonçarukun rəhbərliyi ilə hökuməti istefaya göndərib.

Yeniavaz.com RBK-ya istinadən xəbər verir ki, qərarın lehinə 353 millət vəkili səs verib. Bununla da Ukraynanın hazırkı hökuməti tam tərkibdə buraxılıb.

Qərardan əvvəl parlamentdə çıxış edən Prezident Vladimir Zelenski Ali Radaya Denis Şmıgalı ölkənin yeni Baş Naziri təyin etməyi təklif edib.

Qeyd edək ki, Qonçaruk istefa ərizəsini Ali Radaya dünən təqdim etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top