![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/3/4/1/88848ded-52ff-47f9-a429-40badf220bdc/amea-elmi-kitabxana.jpg)
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub.
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bununla bağlı AMEA Rəyasət Heyətinin iclasında müvafiq qərar qəbul olunub.
Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq MEK-in direktor müavini Elnur Hüseynova həvalə edilib.