Məktəblərdəki 1 həftəlik tətil belə kompensasiya olunacaq


“Koronavirus infeksiyası ilə bağlı ölkənin ali və orta ümumtəhsil ocaqlarında dərslərin bir həftəlik təxirə salınması kompensasiya olunacaq”.

Yeniavaz.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, kompensasiya dərs ilinin uzadılmasının hesabına yox, əlavə dərs saatlarının salınması hesabına həyata keçiriləcək”.

Nazir müavini həmçinin hazırda dərslərə verilən fasilənin müddətinin uzadılıb-uzadılmayacağından da danışıb. O bildirib ki, vəziyyətdən asılı olaraq məsələ ilə bağlı qərar veriləcək:

“Nazirlər Kabineti tərəfindən Qərargah yaradılıb. Proseslər izlənilir. Nəticədən asılı olaraq müvafiq qərar qəbul ediləcək. Bugünkü tarixə kimi müddətin uzadılması ilə bağlı fikirlər mövcud deyil”.

DİGƏR XƏBƏRLƏR

Top