Türkiyədə oğurluq edən azərbaycanlılar saxlanıldı – VİDEO

Türkiyənin Kocaeli vilayətinin Başiskele və İzmit rayonlarında alış-veriş mərkəzindən oğurluq edən azərbaycanlılar tutulub.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki,  araşdırma nəticəsində polislər doqquz fərqli geyim mağazasında oğurluq faktı olduğunu aşkar ediblər.

Oğruların qaldığı oteldə keçirilən əməliyyat nəticəsində 100 000 lirə (27,800 AZN) dəyərində paltarlar ələ keçirilib. Həmin yerlərdən paltar oğurlayanlar beş azərbaycanlı və Gürcüstan vətəndaşı olub.

Oğurlanan paltarlar mağaza sahiblərinə qaytarılıb.

DİGƏR XƏBƏRLƏR

Top