Bakıda bu ölkənin səfirliyindən külli miqdarda pul oğurlandı

Bakıda səfirliklərin birindən oğurluq edilib.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Yasamal rayonunda yerləşən Əfqanıstanın Azərbaycandakı səfirliyinin inzibati binasında baş verib.

Səfiri Xeyrullah Spelanay Yasamal Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər onun xidməti otağından 35.255 dollar (59933 manat) oğurlayıblar.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top