"Twitter", "Apple" və "Google"dan əməkdaşlarına təlimat: “İşə gəlməyin”


“Apple”, “Google” və “Twitter” kimi texnologiyanın nəhəngləri əməkdaşlarına koronavirusa görə işə gəlməmələri təlimatını verib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, şirkətlər əməkdaşlarından işlərini evdən görmələrini istəyib. Bildirilib ki, bu qərar hələlik sadəcə koronavirusa yoluxma hallarının baş verdiyi şəhərlərdə tətbiq olunacaq. Lakin şirkətlərin yaxın günlərdə bütün əməkdaşlarına eyni təlimatı verəcəyi də istisna edilmir.
Qeyd eedək ki, ötən ay “Apple” şirkəti Çindəki əməkdaşlarına yardım paketləri göndərmiş və evdə çalışmalarını istəmişdi.

DİGƏR XƏBƏRLƏR

Top