Azərbaycanlı müğənni: "Koronavirusla uçuq-sökük xəstəxanalarınızla mübarizə aparansınız?" - FOTO

Tanınmış bəstəkar-müğənni Murad Arif koronovirus təhlükəsi ilə bağlı açıqlama verib.

Yeniavaz.com xəbər verir ki, sənətçi karantin elan edilməsini, vətəndaşlara məlumat verilməsini tələb edib:

"Sabunçuda pnevmaniyadan ölən 26 yaşlı qız... Azərbaycandan Belorusiya və Gürcüstana gedən xəstələrin xəbəri. "Baksovet"də epidemiya əleyhinə komuflaj geyinmiş həkimlərin videosu. Şəxsən iştirak etməli olduğum kütləvi tədbirlərin ləğv olunması...

Alo?! Çıxın bu xalqa məlumat verin! Erməniyik biz? Körpələrimizi baxçaya, məktəbə yollayırıq. Yazığınız gəlsin bu millətə! Uçuq-sökük xəstəxanalarınızla virusla mübarizə aparansınız?! Niyə uzadırsınız məsələni?! Niyə dərslər ləğv olunmur?"


 

DİGƏR XƏBƏRLƏR

Top