
Keçmiş SSRİ ölkələri arasında ən çox Azərbaycan vətəndaşları istirahət edirlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı “Sputnik” agentliyi yayıb.
Agentliyin hesablamasına görə Azərbaycan vətəndaşları ilin 245 gününü işləyib, 121 gününü istirahət edirlər.
Qeyd edək ki, istirahət günlərinə həftənin şənbə və bazar günləri, həmçinin qeyri-iş günü hesab edilən həftənin digər günləri daxil edilib.
Azərbaycan vətəndaşlarından sonra ən çox istirahət edənlər Qazaxıstan vətəndaşları olub. Qazaxıstan vətəndaşları il ərzində 120 gün istirahət edirlər. Ən az istirahət edənlər isə Özbəkistan vətəndaşlarıdır - il ərzində 109 gün.
Keçmiş SSRİ ölkələrində iş və istirahət günlərinin sayı belədir:
Ölkələr | İş günləri |
İstirahət günləri |
|
1 | Azərbaycan | 245 | 121 |
2 | Qazaxıstan | 246 | 120 |
3 | Moldova | 249 | 117 |
4 | Qırğızıstan | 250 | 116 |
5 | Rusiya | 250 | 116 |
6 | Tacikistan | 250 | 116 |
7 | Gürcüstan | 251 | 115 |
8 | Latviya | 251 | 115 |
9 | Ukrayna | 251 | 115 |
10 | Ermənistan | 253 | 113 |
11 | Türkmənistan | 253 | 113 |
12 | Estoniya | 253 | 113 |
13 | Litva | 254 | 112 |
14 | Belarus | 255 | 111 |
15 | Özbəkistan | 257 | 109 |