"Facebook" 7 milyon izləyicisi olan səhifələrə 187 min dollar ödəyir

Sosial şəbəkələr milyonlarla insanın həyatının bir parçasına çevrilib. Bununla da bu platformalar yeni bir sektor halına gəlib. Sosial şəbəkə fenomenləri getdikləri tətil bölgələri, əyləncə məkanları və öz yaşam tərzləri ilə külli miqdarda sərvətin sahibi olurlar. “The Economist” sosial şəbəkələrin öz istifadəçilərinə ödədikləri məbləği təqdim edib.“Google”-un video platforması olan “Youtube” 7 milyondan çox izləyicisi olan şəxslərə orta hesabla 300 min dollar qazandırır. "Facebook" isə bu qədər izləyiciyə sahib olan profil hesabının sahibinə təxminən 187 min dollar ödəyir. 7 milyondan çox izləyicisi olan "Instagram" hesabının sahibi 150 min dollar, "Snapchat" və "Twitter"dən isə 60 min dollar qazanır. musavat.com

DİGƏR XƏBƏRLƏR

Top