Rusiya prezidenti onun həqiqi Putin olub-olmamasını AÇIQLADI - VİDEO


Rusiyalı jurnalist prezident Vladimir Putindən onun həqiqi Putin olub-olmadığını soruşub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya prezidentindən müsahibə götürən jurnalist ondan uzun müddətdir sosial şəbəkələrdə yayılan şaiyə barədə soruşub. Belə ki, jurnalist əlindəki planşeti Putinə uzadaraq internetdə onun barəsində ən çox axtarılan sözləri göstərib. Həmin ifadələr içərisində hazırda Rusiyanı idarə edən şəxsin əslində Putinin bənzərinin olduğu iddiası diqqət çəkib. Jurnalist Putindən onun həqiqi Putin olub-olmadığını soruşub.
Dialoq belədir:
Jurnalist: Siz həqiqi Putinsiniz?
Putin: Bəli.
Jurnalist: Oxşarınız var?
Putin: Yox.
Jurnalist: Nə vaxtsa olubmu?
Putin: Xeyr.
Jurnalist: Bu mövzu barədə heç fikirləşmisizmi?
Putin: Bəli.
Jurnalist: Sonra nə oldu?
Putin: Mənə bu barədə təklif oldu, ancaq qəbul etmədim.
Jurnalist: 2000-ci illərdə?
Putin: Bəli, terrorizmlə mübarizənin artdığı günlərdə bu təklif edilmişdi, ancaq heç vaxt oxşarım olmayıb.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top